Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Andorra seçməsi ilə qarşılaşacaq.
Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunacaq görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi əvvəlki 2 oyunda Macarıstana (0:1) uduzub, Şimali Makedoniyanı (2:0) isə məğlub edib. Yığmamız hazırda 3 xalla 2-ci pillədə qərarlaşıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB