Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.
“İki sahil” xəbər verir ki, "Turan" və "Gəncə" kollektivləri arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.
Tovuz komandası birinci görüşdə də rəqibinə eyni hesabla qalib gəlmişdi.
"Turan" finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. "Gəncə" isə üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB