Bakı, 12 aprel 2026-cı il — “Climb Baku” İdman Dırmanma Mərkəzində idman dırmanmasının çətinlik növü üzrə iki yaş kateqoriyası üzrə ölkə birinciliyi keçirilib.
“İki sahil” xəbər verir ki, yarış 2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər, eləcə də 2013–2015-ci il təvəllüdlü kiçiklər arasında təşkil olunub. Ümumilikdə yarışda 33 idmançı iştirak edib. Yarış çərçivəsində iştirakçılar təsnifat və final mərhələlərində mübarizə aparıblar.
2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər (22 iştirakçı):
Qadınlar arasında:
1-ci yer — Aliyə İbrahimbəyova
2-ci yer — Həvva Yambulatova
3-cü yer — Sofya Boriskina
Kişilər arasında:
1-ci yer — Rəsul Nəsir
2-ci yer — Fərhad Babayev
3-cü yer — Murad İbrahimli
2013–2015-ci il təvəllüdlü kiçiklər (11 iştirakçı):
Qadınlar arasında:
1-ci yer — Fərəhnaz Rəşid
2-ci yer — Eva Burlova
3-cü yer — Roza Dubentsova
Kişilər arasında:
1-ci yer — Vladimir Qolovnya
Yarış Azərbaycan Alpinizm Federasiyası tərəfindən təşkil olunub, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib.
Final mərhələsinin sonunda qaliblər medal, diplom və müvafiq mükafatlarla təltif olunublar.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB