Stolüstü tennisçilərin “Baku Open” turniri başa çatıb. “İki sahil” xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər. Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda - bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib. İlqar Həsənov ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub. Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina birinci olub. Onlar finalda Fikrət Paşayev - Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxrü kürsünün üçüncü pilləsinə qalxıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB