"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma 86:60 hesabı ilə bitib.
U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzub - 60:67.
Qrup mərhələsində Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gələn (72:61) "Sabah" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB