Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər.
Federasiyadan “İki sahil”ə bildirilib ki, milli komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. İdmançılar yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.
Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparır.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB