Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq.
“İki sahil” xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu dəfə də Gürcüstan yığması ilə üz-üzə gələcək.
Görüş Tbilisi şəhərindəki İdman Sarayında, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.
Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB