Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda Misli premyer Liqasının 26-cı turundakı və Azərbayca kubokunun yarımfinal mərhələsinin ilk oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Misli Premyer Liqası
“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə paytaxt təmsilçisi 2000 manat cərimələnib.
Eyni matçın 53-cü dəqiqəsində “Şamaxı”nın 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılayacaq. “Şamaxı” isə 1000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sabah” oyununda Naxçıvan təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
Həmin görüş bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb. “Araz-Naxçıvan” isə 2500 manat cərimə edilib.
Azərbaycan kuboku
“Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.
Eyni görüş bitdikdən sonra “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə Tovuz təmsilçisi 15000 manat cərimə edilib.
Bu oyunda “Zirə”dən 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimələnib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB