Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Federasiya Kuboku 2026 yarışları keçirilib. Turnir səngər stendi (Trap) və dairəvi stend (Skeet) növləri üzrə təşkil olunaraq idmançılara öz dəqiqlik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb. “İki sahil” xəbər verir ki, yarışların nəticələrinə əsasən:
Dairəvi stend:
1. Qurbanov Fuad
2. Mustafayev Əli
3. Ağazadə Niyaz
Dairəvi stend (U21):
1. Teyubov Məhəmməd
2. Əjdərli İslam
3. Allahverdiyev Murad
Səngər stendi:
1. Ağazadə Mirmömin
2. Məmmədov Tamerlan
3. Novruzlu Mürtəza
Səngər stendi (U21):
1. Novruzlu Mürtəza
2. Cəfərova Nərmin
3. Əliyev Osman
Qeyd edək ki, yarışların nəticələri qüvvədə olan yeni ISSF qaydalarına uyğun olaraq müəyyənləşdirilib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB