07 aprel 2026 17:21
104

Hazırda 8 regionda talassemiyalı xəstələr müntəzəm olaraq zəruri dərmanlarla təmin edilir - Baş həkim

Hazırda 8 region üzrə talassemiyalı xəstələr mütəmadi şəkildə zəruri dərman preparatları ilə təmin olunur və planlı şəkildə hematransfuziyalarını alırlar. Bu, xəstələrin əsas müalicə ehtiyaclarının yerində qarşılanmasına və gündəlik nəzarətin fasiləsiz aparılmasına imkan verir. Eyni zamanda, talassemiya xroniki və çoxsahəli nəzarət tələb edən xəstəlik olduğundan bəzi hallarda regional imkanlar kifayət etmir.

Bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Talassemiya bölməsinin Baş həkimi Səhər İsmayılovanın “İki sahil”ə özəl müsahibəsində bildirib.

Səhər İsmayılovanın sözlərinə görə, xüsusilə ağırlaşmalar olduqda ciddi kardioloji, endokrinoloji və ya infeksion problemlər yarandıqda, eləcə də intensiv müalicə və dərin diaqnostik qiymətləndirmə tələb olunan vəziyyətlərdə xəstələr Talassemiya Mərkəzinə yönləndirilir və stasionar şəraitdə müalicəyə cəlb olunurlar.

Yaqut Ağaşahqızı, “İki sahil”