ABŞ ilə İsrailin İrana hücumu və tərəflər arasında 38 gündür savaşın davam etməsi bölgəyə təsir göstərir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.
"ABŞ və İsrailin İrana hücumu, tərəflər arasında 38 gündür savaşın davam etməsi bölgəyə təsir göstərir və bunun qarşısını almaq üçün Türkiyə diplomatik təmasları davam etdirir", - o bildirib.
Ərdoğanın sözlərinə görə, hazırkı müharibə qanunsuz və mənasızdır:
"Arzumuz bu qanunsuz, mənasız, qeyri-legitim və bütün insanlıq üçün son dərəcə ağır nəticələr doğuran müharibənin tezliklə sona çatmasıdır".
Qeyd edək ki, Türkiyə Prezidenti çıxışında Hörmüz boğazının bloklanmasının dünya iqtisadiyyatına mənfi təsirlərindən də bəhs edib.