İrandan atılan iki drondan sonra Küveyt Beynəlxalq Hava Limanında yanacaq çənində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin nümayəndəsi Səud əl-Ətvan deyib.
Onun sözlərinə görə, son 24 saat ərzində Küveyt hakimiyyəti 20 ballistik raket və 9 PUA-nın buraxılışını qeydə alıb. Hərbçilər 13 raket və 6 dron məhv ediblər ki, bunlardan ikisi beynəlxalq hava limanındakı yanacaq çənlərindən birinə dəyib.
Küveyt Yanğından Mühafizə Xidmətinin sözçüsü Məhəmməd əl-Qərib bildirib ki, ordu və Milli Qvardiya da daxil olmaqla bir neçə qurum yanğının söndürülməsində iştirak edir.