25 mart 2026 21:37
125

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İsraili müharibəyə dərhal son qoymağa, İranı isə münaqişə tərəfi olmayan qonşu ölkələrə hücumları dayandırmağa çağırıb.

“İki sahil” xəbər verir ki, o, bunu Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib.

"ABŞ və İsrailə mesajım budur ki, insan əzablarını dərinləşdirən, mülki itkiləri artıran və getdikcə daha dağıdıcı qlobal iqtisadi nəticələrə səbəb olan bu müharibəyə son qoymağın vaxtı çoxdan keçib", - deyə Quterreş vurğulayıb.

BMT-nin baş katibi həmçinin İsraili Livan ərazisinə, Hizbullahı isə yəhudi dövlətinə hücumlarını dayandırmağa çağırıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələrin bütün tərəfləri diplomatiyanı qəbul etməlidir. "Qəzza modeli Livanda təkrarlanmamalıdır" - deyə vurğulayıb.