25 mart 2026 23:20
97

Tramp Çinə mayda gedəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı məlum olub.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib.

Qeyd olunub ki, ABŞ lideri Pekində 14-15 may tarixlərində olacaq və səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.