25 mart 2026 17:27
82

İslamofob Rasmus Paludan Danimarka parlamentinə seçilməyib

Danimarkalı siyasətçi Rasmus Paludan parlament seçkilərində məğlubiyyətə uğrayaraq cəmi 155 səs toplayıb və Folketinqdə yer qazana bilməyib.

“İki sahil” xəbər verir ki, əvvəllər “Stram Kurs” (“Sərt xətt”) partiyasını quran Paludan “Quran”ın yandırılması etirazları ilə məşhurlaşıb. Bu etirazlar İsveç və Danimarkada nifrəti qızışdırmaqda ittiham olunaraq məhkum edilib. O, bu seçkilərdə Kopenhagendə müstəqil namizəd kimi iştirak edib. Lakin nə o, nə də digər müstəqil namizədlər parlamentdə yer qazana bilməyiblər.

Seçkilər ümumilikdə gərgin mübarizə şəraitində keçib. Heç bir blok səs çoxluğu qazana bilməyib, Sosial Demokratlar 120 ildən çox müddət ərzində ən pis nəticə göstərib, Danimarka Xalq Partiyası isə mövqeyini xeyli gücləndirib.