“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə milli-mənəvi dəyərlərimizin qorunması və təhsil işçilərinə, o cümlədən gənc nəslə aşılanması baxımından belə görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, muğam sənəti xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir və bu irsin təbliği istiqamətində həyata keçirilən tədbirlər xüsusi önəm daşıyır.
Görüşdə Xalq artisti Teyyub Aslanov muğamın tarixi kökləri, ifaçılıq ənənələri və Azərbaycan musiqi mədəniyyətində tutduğu yer barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Daha sonra Teyyub Aslanov tarda Vüsal Qasımovun, kamançada Anar Yusubun müşayiəti ilə muğam nümunələri və xalq mahnıları səsləndirib.
İfa olunan musiqi nömrələri düşərgə iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.