24 mart 2026 17:32
113

Tramp Modi ilə danışıq aparıb

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb və onunla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-nin Hindistandakı səfiri Sercio Qor məlumat yayıb. "Prezident Donald Tramp indicə Baş nazir Modi ilə danışıq aparıb. Onlar Yaxın Şərqdəki cari vəziyyəti, o cümlədən Hörmüz boğazının açıq saxlanmasının vacibliyini müzakirə ediblər", - o, sosial şəbəkədə yazıb.