Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə (HHM) sistemləri bu gün İrana məxsus 5 ballistik raket və 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, indiyədək BƏƏ HHM sistemləri 357 ballistik raketi, 15 qanadlı raketi və 1806 PUA-nı zərərsizləşdirib. Bu hücumlar zamanı iki hərbçi və altı mülki şəxs həlak olub, 161 nəfər müxtəlif dərəcəli xəsarət alıb.