24 mart 2026 17:17
103

Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, qəza rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Qovlar şəhər sakini Röyal Həsənovun idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.