24 mart 2026 17:21
124

ABŞ Məhəmməd-Baqer Qalibafı İranın potensial lideri kimi nəzərdən keçirir

İran parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən danışıqlarda mümkün tərəfdaş və İranın potensial lideri kimi nəzərdən keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Nəşrin məlumatına görə, Vaşinqtonda hesab edirlər ki, Qalibaf hərbi qarşıdurmanın növbəti mərhələsində İrana rəhbərlik etməyə və ABŞ ilə danışıqlar aparmağa qadir şəxsiyyət ola bilər. Bununla yanaşı qeyd olunub ki, Ağ Ev hələlik yekun olaraq bir nəfərə üstünlük verməyə hazır deyil. Administrasiya razılaşmaya həqiqətən hazır olan şəxsi tapmaq üçün bir neçə namizədi "stress-testdən" keçirməyi nəzərdə tutur. "O, prioritet variantlardan biridir, lakin biz hamısını yoxlamalıyıq, burada tələsmək olmaz", - nəşr məmurlardan birinin sözlərini sitat gətirib.