21 mart 2026 22:40
115

Amerikalıların əksəriyyəti Vaşinqtonla Tehran arasında danışıqları dəstəkləyir - SORĞU

ABŞ vətəndaşlarının əksəriyyəti Vaşinqtonun Tehranla atəşkəs barədə danışıqlara başlamasını istəyir.

“İki sahil” xəbər verir ki, "YouGov" tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələri bunu təsdiqləyir.

Sorğuda iştirak edənlərin 66 faizi danışıqları dəstəklədiyini bildirib. Onlardan 42 faizi bu addımı "qətiyyətlə dəstəkləyəcəyini" deyib. Respondentlərin 15 faizi buna qarşı çıxıb, 19 faizi isə dəqiq mövqe bildirməyib.

Sorğu martın 21-də keçirilib və 3 700-dən çox insan rəyi öyrənilib.