20 mart 2026 18:06
128

Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bunu A.Vuçiç ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra "Report"un Balkan bürosunun sualını cavablandırarkən deyib.

O, bildirib ki, Serbiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək:

"Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Yaxın bir ay ərzində Azərbaycana səfərim gözlənilir. Mən Prezident Əliyevə dostluq və yaxşı razılaşmalar üçün minnətdaram. Əməkdaşlığımızı daha da dərinləşdirəcəyik, sürətləndirəcəyik və genişləndirəcəyik".