21 mart 2026 20:20
106

Avropalı jurnalist süni intellektdən istifadə etdiyinə görə işdən çıxarılıb

Niderland və İrlandiya mətbuatında çalışan jurnalist Uim Vandermeerş süni intellekt alətlərindən istifadə etdiyi və materialların dəqiqliyini yoxlamadığı üçün vəzifəsindən kənarlaşdırılıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, o, "ChatGPT", "Perplexity" və "NotebookLM" kimi süni intellekt vasitələrindən istifadə edərək hazırladığı hesabatları ümumiləşdirib. Lakin həmin xülasələr əsasında istifadə etdiyi sitatların doğruluğunu yoxlamayıb.

Hadisə onun işlədiyi "De Telegraaf" qəzeti və "Irish Independent" nəşrində ciddi narahatlıq yaradıb. Nəticədə jurnalistin əmək müqaviləsinə xitam verilib. O, səhvini etiraf edib və üzr istəyib.