Müharibə başlayandan indiyədək ABŞ qüvvələri İranda 8 mindən çox hərbi hədəfə zərbə endirib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, 130-a yaxın İran hərbi gəmisinin məhv edilməsi, “İkinci Dünya müharibəsindən bəri 3 həftə ərzində donanmanın ən böyük sıradan çıxarılması” hesab olunur.
Admiral qeyd edib ki, ABŞ-nin hücumlarının intensivləşməsi fonunda İranın döyüş qabiliyyəti davamlı şəkildə zəifləyir. O, həmçinin minlərlə raket və dronunun zərərsizləşdirildiyini vurğulayıb.
Kuper əlavə edib ki, hazırda İranın hərbi dəniz qüvvələri fəaliyyət göstərmir, taktiki aviasiya uçuşları həyata keçirmir və ölkə münaqişənin əvvəlindəki kimi yüksək tempdə raket və dron hücumları etmək imkanını itirib.