21 mart 2026 14:44
129

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet əldə edərək reallaşdırıb

Martın 20-də paytaxtdan bölgələrə 370 reyslə 13 min 703 sərnişin daşınıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “İki sahil”ə bildirilib ki, sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.