21 mart 2026 10:23
110

Bayram günündə cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.