20 mart 2026 22:32
103

SEPAH İsrailə raket hücumu edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-a istinadla "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 68-ci dalğasında "Xürrəmşəhr 4", "Qədr" raketləri və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

"Hayfa və Təl-Əvivdə 25 obyekt darmadağın edilib",- məlumatda qeyd edilib.

Hərbi Dəniz Qüvvələrinin "Əl-Hədd" bazasında (Omanın şərqi) ABŞ hərbçilərinin 6 dəstək anqarını PUA və qanadlı raketlərlə hədəf aldığı vurğulanıb:

"Bu anqarlarda saxlanılan "Patriot" hava hücumundan müdafiə sistemlərinin bəzi avadanlıqları tamamilə məhv edilib və "Şeyx İsa"dakı bazanın (Bəhreynin cənubu, Fars körfəzi sahili) arxa cəbhə təminatına ciddi ziyan dəyib".