19 mart 2026 11:37
98

YAP Nizami rayon təşkilatı sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən müqəddəs Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya təşkil edilib.

“İki sahil” xəbər verir ki, YAP Nizami rayon təşkilatının rəhbərliyi, əməkdaşları, fəalları və könüllüləri şəhid ailələrini ziyarət edib, onları bayramlar münasibətilə təbrik edib, ərzaq sovqatları təqdim ediblər.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.