17 mart 2026 14:11
93

Peskov: Ukrayna qərar qəbul etməli və sülh üçün yol açmalıdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna Rusiya ilə münaqişənin nizamlanması cəhdlərinə müqavimət göstərməkdə davam edir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bu fikirləri Ukraynanın Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlarını şərh edərkən səsləndirib.

Peskovun sözlərinə görə, Kiyev zəruri və məsuliyyətli qərar qəbul edib sülh prosesinin davamı üçün yol açmaq əvəzinə, tamamilə nəticəsiz müqaviməti davam etdirir.