15 mart 2026 19:35
107

"Financial Times": ABŞ İranla müharibədən böyük mənfəət qazanır

Yaxın Şərqdəki münaqişə fonunda dünyada enerji daşıyıcılarının qiymətlərinin artması nəticəsində ABŞ ən böyük mənfəət əldə edənlərdən biri ola bilər.

“İki sahil” "Financial Times"ə istinadən xəbər verir ki, əgər cari il neftin orta qiyməti bir barel üçün 100 dollar səviyyəsində qalarsa, bu, ABŞ neft istehsalçılarına böyük gəlir gətirə bilər.

"Rystad Energy" araşdırma şirkəti hesablayıb ki, belə halda ABŞ neft şirkətlərinin illik qazancı 63.4 milyard dollara çata bilər. Eyni zamanda, "Jefferies" investisiya bankı bildirib ki, təkcə mart ayında ABŞ neft şirkətləri əlavə olaraq beş milyard dollar gəlir qazana bilərlər.

Nəşr qeyd edir ki, ən böyük faydanı ABŞ-nin neft hasil edən ştatları - Texas, Nyu-Meksiko və Alyaska əldə edə bilərlər. Bu ştatlar büdcə kəsirini azaltmaq, məktəbəqədər təhsil və yollar üçün əlavə vəsait ayırmaq imkanı qazanacaqlar.

Qəzetin məlumatına görə, fevralın sonunda ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatlardan sonra dünya bazarında neft qiymətləri 47% artıb. ABŞ-nin "West Texas Intermediate" etalon markalı nefti martın 13-də bir barel üçün 98.71 dollar səviyyəsində satılıb.