Türkiyə olaraq irqçiliyin və ayrı-seçkiliyin bütün formaları ilə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməyi davam etdirəcəyik. 15 mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü insan ləyaqətinə qarşı törədilən hər cür cinayətlə mübarizədə irtaq məsuliyyəti də xatırladır.
“İki sahil” xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) 15 Mart-İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı bəynatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: “2019-cu il martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə edilən hücum nəticəsində aralarında bir vətəndaşımızın da olduğu, həyatını itirən 51 nəfəri ehtiramla anır, Allahdan onlara rəhmət diləyirik.
Dünyanın dörd bir yanında müsəlmanları hədəf alan qeyri-tolerant münasibətə, ayrı-seçkiliyə və zorakılığa qarşı beynəlxalq ictimaiyyətin ortaq və güclü mövqe nümayiş etdirməsi böyük əhəmiyyət daşıyır”.
Xatırladaq ki, 2019-cu ildən martın 15-i BMT çərçivəsində İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə edilən və 51 nəfərin ölümünə səbəb olan hücumlardan bir gün sonra bununla bağlı müvafiq qətnamə qəbul edib.