Nigeriyanın müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı qeyri-qanuni silahlı birləşmələrin 18 üzvü zərərsizləşdirilib və 37 şübhəli saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Nigeriya ordusunun bəyanatında qeyd olunur.
Vurğulanır ki, son 24 saat ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 18 terrorçu zərərsizləşdirilib, 37 şübhəli saxlanılıb, həmçinin çoxlu sayda silah və logistik avadanlıq ələ keçirilib. Bir neçə ştatı əhatə edən bu əməliyyatlar zamanı 9 nəfər girovluqdan azad edilib.
Nigeriya ölkənin qərb bölgələrində “əl-Qaidə” və “İŞİD” ilə əlaqəli terror qruplarının hücumlarından, eləcə də cənub-şərqdə “Boko Haram” və İŞİD qruplaşmalarının fəaliyyətindən əziyyət çəkir.