Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində insanların həlak olması və çoxsaylı yaralanmalar bizi dərindən kədərləndirdi.
Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq", - paylaşımda qeyd olunub.
Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib
Milli koordinator: WUF13 çərçivəsində iştirakçılar üçün Qarabağa tanışlıq səfərləri təşkil ediləcək