13 mart 2026 23:17
99

Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır

İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.

"Qabaqlayıcı tədbirlər görülür", - Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.

"İrana hücumlara görə yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq", - Türkiyə Prezidenti bildirib.