İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndi şəhərində vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri əsasən, sahibkarlığın inkişafı, vergi, güzəştli kreditlərin verilməsi, sosial, o cümlədən işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Görüşdə vətəndaşların sorğu xarakterli müraciətləri ilə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, araşdırma tələb edən müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verilib.
Parlamentin komitə sədri müasir çağırışlara uyğun İqlim Qanunu qəbul edilməsini zəruri hesab edir
4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir