Livanın "Hizbullah" hərəkatı İsrailə qarşı hərbi əməliyyatın başladığını elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Bildirilir ki, qruplaşma İranla birlikdə İsrailin şimalına hücum həyata keçirib. Məlumatlara görə, bu hücum Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra "Hizbullah" və İranın İsrailə qarşı ilk koordinasiyalı zərbəsi olub.
Qeyd olunub ki, qruplaşma İsrailə doğru təxminən 100 raket buraxıb. İsrailin şimalında baş verən kütləvi raket hücumu nəticəsində iki nəfər yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutda və ümumilikdə Livan ərazisində qruplaşmanın infrastrukturuna və raket buraxılış qurğuların qarşı bir sıra zərbələr endirdiyini açıqlayıb.
İsrail ilə danışıqlar zəiflik əlaməti deyil - Livan prezidenti xalqa müraciət etdi
ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb