30 aprel 2026 21:43
124

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb

Britaniya təhlükəsizlik xidmətləri Böyük Britaniyada terror təhlükəsi səviyyəsini "əhəmiyyətli"dən "ciddi"yə (beşdən 4-cü səviyyə) qaldırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Birgə Terrorizm Təhlili Mərkəzinin açıqlamasında bildirilib.

"Birləşmiş Krallıqda (İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya) terrorizmin bütün formalarından gələn təhlükə ciddidir", - deyə o bildirib.

Təhlükə səviyyəsi 29 apreldə Londonun şimalında baş verən və terror aktı kimi qiymətləndirilən antisemit hücumdan sonra artırılıb. (Trend)