07 mart 2026 12:25
115

SEPAH Hörmüz boğazında ABŞ hərbi gəmilərinə zərbə endirməklə hədələyib

ABŞ-nin strateji əhəmiyyətli su yolu ilə ticarət gəmilərini müşayiət etmək planları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ hərbi gəmilərinə zərbələr endirməklə hədələyib.

“İki sahil” "Al-Arabiya"ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın nümayəndəsi Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, İran tərəfi Vaşinqtonun davam edən regional münaqişə səbəbindən gəmiçiliyin xeyli çətinləşdiyi Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün hərbi dəniz qüvvələri göndərmək planlarını izləyir.

"Biz onları səbirsizliklə gözləyirik", - Naini bildirib.