07 mart 2026 14:26
109

Romada İftar süfrəsi təşkil olunacaq

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə martın 9-da Romada İftar süfrəsi təşkil olunacaq.

İdarədən “İki sahil”ə bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Papa XIV Leonu Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək.

İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi İftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq.