07 mart 2026 12:12
115

Polşa Rusiyanın Ukraynaya gecə endirdiyi zərbələrə görə hərbi aviasiyanı havaya qaldırıb

Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı bildirib ki, Rusiyanın Ukraynaya gecə endirdiyi kütləvi hava zərbələri səbəbindən hərbi aviasiyanı havaya qaldırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa ordusu "X" şəbəkəsində məlumat yayıb.

"Polşa hava məkanında Rusiyanın Ukraynaya raket zərbələri ilə əlaqədar hərbi aviasiya əməliyyatları başa çatıb. Aktivləşdirilmiş yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri standart əməliyyat fəaliyyətinə qayıdıb", - komandanlıq bildirib.

Ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, Polşa hava məkanının heç bir pozulması halı müşahidə olunmayıb.