05 mart 2026 23:59
140

TDT Baş katibi Azərbaycanla həmrəylik ifadə edib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, bəyanatda İranın mülki infrastruktura hücumlarının şiddətli şəkildə qınanıldığı bildirilib.

Baş katib bu cür hərəkətlərin təkrarlanmamasının önəmini vurğulayaraq regionda gərginliyin daha da yüksəldilməməsi üçün çağırış edib.

K. Ömüraliyev Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bir daha vurğulayıb.