İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat yeni mərhələyə daxil olur.
“İki sahil” xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Qeyd edilir ki, İsrail hücumların ikinci fazasını başladır və bu mərhələdə əsas hədəflər İranın yeraltı ballistik raket kompleksləri olacaq.
Mənbənin bildirdiyinə görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr yerin dərin qatlarında yerləşən raket sistemlərinə zərbələr endirməyə hazırlaşır. Bu obyektlər əsasən İranın ballistik raket proqramının mühüm elementləri hesab edilən möhkəmləndirilmiş yeraltı bunkerlərdə yerləşir.