05 mart 2026 18:09
115

Fransa ABŞ-a yalnız öz ərazisindəki hərbi bazaya giriş icazəsi verib

Fransa ABŞ-a hərbi bazalardan istifadə ilə bağlı məhdud icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-a giriş yalnız Fransanın öz ərazisində yerləşən baza üçün verilib və bu icazə Yaxın Şərqdə yerləşən fransız hərbi obyektlərinə şamil olunmur.

Telekanalın məlumatına əsasən, ABŞ-a məxsus yardım və təminat təyyarələri Fransanın cənubunda yerləşən hərbi hava bazasına eniş edə bilib. Qeyd olunur ki, söhbət döyüş təyyarələrindən deyil, logistik və dəstək funksiyası yerinə yetirən köməkçi təyyarələrdən gedir.

Bununla yanaşı, Fransanın Yaxın Şərqdə yerləşən hərbi bazalarının ABŞ tərəfindən istifadə olunmasına icazə verilməsi barədə yayılan məlumatlar təsdiqlənməyib. Daha əvvəl LCI telekanalı Fransanın ABŞ-a Yaxın Şərqdəki bazalarından istifadə etməyə icazə verdiyini iddia etmişdi. Lakin BFMTV bu məlumatın düzgün olmadığını bildirib və icazənin yalnız Fransanın öz ərazisindəki baza ilə məhdudlaşdığını vurğulayıb.