04 mart 2026 11:44
94

Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib

Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Daha əvvəl bildirilmişdi ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırıb.