04 mart 2026 10:37
102

Ötən ay 98 aptekdə yoxlama aparılıb

Bu ilin fevral ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 98 aptekdə yoxlama keçirib.

“İki sahil” xəbər verir ki,  Mərkəzdən verilən məlumata görə, həmin yoxlamalardan 23-ü Bakıda, 75-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Yoxlamaların 77-si planlı, 20-sı plandankənar, 1-i isə yoxlmadankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 31 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.