02 mart 2026 15:10
102

İran Küveytdə Amerika səfirliyinə hücum edilib

İran dronlarla Küveytdəki ABŞ səfirliyinin binasına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilir ki, ABŞ oradakı amerikalıları gizlənməyə çağırdıqdan qısa müddət sonra səfirlik atəşə tutulub.

Agentliyin məlumatına görə, hücumdan sonra səfirlik binasının üzərində tüstü qalxıb. Dağıntı və ya itki barədə heç bir məlumat yoxdur.

Daha əvvəl Küveyt Müdafiə Nazirliyi bir neçə ABŞ hərbi təyyarəsinin qəzaya uğradığını bildirmişdi.