02 mart 2026 13:42
102

Rusiya ABŞ ilə İran arasındakı danışıqların nəticələrindən öz çıxarışlarını edir - PESKOVDAN AÇIQLAMA

Rusiya ABŞ ilə İran arasındakı danışıqların nəticələrindən öz çıxarışlarını edir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, qeyd edib ki, Rusiya tərəfi ABŞ-İran danışıqlarının nəticələrindən nəticə çıxarır.

Peskov qeyd edib: “Şübhəsiz, biz vəziyyəti analiz edirik və müvafiq nəticələr çıxarırıq. Lakin bizim maraqlarımıza uyğun işləri davam etdiririk.”

Eyni zamanda o əlavə edib ki, Rusiya tərəfi İranla eskalasiyanın mövzusu üzrə daimi əlaqədədir.