"Amazon" şirkətinə məxsus "Amazon Web Services" (AWS) xidmətinin Birləşmiş Ərəb Əmirlikləriində (BƏƏ) yerləşən data mərkəzlərindən birinin fəaliyyəti yanğın səbəbindən pozulub.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilir ki, data mərkəzinə “müəyyən predmetlərin” düşməsindən sonra yanğın baş verib və elektrik enerjisi kəsilib. Amazon hadisənin detalları barədə əlavə məlumat verməyib. Lakin media ehtimal edir ki, obyekt İranın zərbələrindən biri zamanı zədələnmiş ola bilər.
Məlumata görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına cavab olaraq endirilən zərbələr nəticəsində Birləşmiş Ərəb Əmirlikləri ərazisində bir sıra mühüm obyektlər də zərər görüb.
Zərər çəkən obyektlər arasında dünyanın ən hündür göydələni olan Bürc Xəlifə, Dubay hava limanı və Yaxın Şərqin ən böyük konteyner limanı sayılan Cəbəl-Əli limanı da var.
Hadisə regionda artan hərbi gərginliyin infrastruktur və texnologiya sektoruna da ciddi təsir göstərdiyini nümayiş etdirir.