Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib. 50 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) qarşılaşıb.
“İki sahil” xəbər verir ki, hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.
Digər boksçumuz Malik Həsənov (65 kq) isə “Strandja”nı bürünc medalla başa vurub.
İstanbulda keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurlu nəticələr əldə ediblər
Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb