25 fevral 2026 11:29
94

Nazirlər Kabineti elektrik enerjisi ilə bağlı bu qərara dəyişiklik etdi

Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar bölməsinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi əlavə edilib.